Telegram Group Search
I was talking about Zangezur before it was cool. 😎

İlqar Məmmədovun 2010 parlament seçkilərində təbliğat materialından.
1918-ci ildə Azərbaycan hökuməti milli valyuta buraxmaq üçün Osmanlı hökuməti ilə danışıqlar aparır. Valyutanın adı azəri olacaqmış. 1 türk lirəsi = 15 azəri. Osmanlının maliyyə naziri Cavid bəy, Osmanlı bankının rəhbəri Həmid bəy əllərindən gələn köməyi əsirgəmirlər, bizimkilər Leypsiqdən kağız sifariş verirlər, mətbəəni az qala pulsuz danışırlar, amma bu vaxt Bolqarıstan cəbhəsi yarılır, mərkəzi dövlətlər məğlub olmağa başlayır, Tələt paşanın hökuməti istefaya gedir, Azərbaycanın ilk valyuta buraxmaq cəhdi də yarımçıq qalır.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Sovet təbliğatı məgər nə deyirdi ki? İlk metro guya Londonda açılmayıb? Yoxsa ilk metro guya Moskvada açılıb? Ha çalışdım, ha baxdım, amma Beyker strit stansiyası ilə sovet təbliğatı arasında nəsə bir əlaqə görə bilmədim, sayın İbrahim bəy. 😮
Əli Novruzovun kanalı
Sovet təbliğatı məgər nə deyirdi ki? İlk metro guya Londonda açılmayıb? Yoxsa ilk metro guya Moskvada açılıb? Ha çalışdım, ha baxdım, amma Beyker strit stansiyası ilə sovet təbliğatı arasında nəsə bir əlaqə görə bilmədim, sayın İbrahim bəy. 😮
Sayın İbrahim bəyin kanalına tez-tez baxıram, elə bilirəm ki, artıq bütün gündəlik rutinini çözmüşəm. Deməli, səhər tezdən düşür Boğazın qıyısına, saat 9 tamamda emekli kontr-admiral Vehbi Atilla Türkkan ilə kahvaltı edəcəklər. Paşam çox punktual adamdır, düz dediyi saatda, dəqiqədə, saniyədə gəlir həmişə. Ona görə də sayın İbrahim bəy 20 dəqiqə tez gəlib ki, Paşam onu gözləməsin, ayıbdır. Stolun üstündə Russell Neuman-ın Evolutionary Intelligence kitabının təzə çıxan nəfis türkcə tərcüməsi (özü də məhz Yapı Kredi Yayınlarından!!!), bir fincan caffè macchiato, bir dənə martı da gəlib qonub masadakı o biri stulun başına (şair demiş, masa da masaymış ha!). Sayın İbrahim bəy telefonunda İlon Maskın təzə raketinin uçuşunu izləyir. Bu dəm bir dəstə rus turist kafenin yanından keçir, sayın İbrahim bəyin qulağına Masha, khvatit, ne kapriznichay kimi banal məişət sözləri gəlib çatır. Sayın İbrahim bəy də möhkəm əsəbiləşir, tez açır Telegram-ı, başlayır ki, ey tolstoyevskilər, ey soveeet təbliğatının qurbanları, ininize gireceğiz, ininize!!!
Pənah bəy də kəndinə gəlib. 😁
Bizdə bir yaxşı söz var, görməmişin oğlu oldu, vurub gözünü çıxartdı. Bütün bu Əqrəb mövsümü, Alatava, Yüzbəyovun təzə kinosu, nə bilim o Niyaməddinin mahnısını oxuyan oğlan—bunlar hamısı standart şeylərdir də, çox uzağa getməyək, elə o İstanbulda, Moskvada, Tiflisdə, Tehranda itətökdür belə şeylər. Amma bizdə bu standart şeylərə bir dənə tənqidi söz demək olmur, hörmətli publika vatan, millet, Sakarya deyib girir söhbətə, axırda da məlum olur ki, İran agenti imişsən, heç özün də bilmirmişsən. Dərhal da dövlətdən tələb edirlər ki, bu əsərlərin qabağına status qoşsun, o da olsun Azərbaycan Dövlət Akademik Milli Alatava Serialı. Sonra da tənqidçiləri həbs olunsun, çıxıb kamera qarşısında camaatdan üzr istəsinlər.

Məncə, problem heç də Əqrəb mövsümündə, Alatavada, Yüzbəyovun təzə kinosu, o Niyaməddinin mahnısını oxuyan oğlanda deyil. Problem bizim hörmətli publikanın bu kütləvi mədəni məhsullara münasibətindədir. Bu da ondan qaynaqlanır ki, orta statistik bir azərbaycanlının əsas mədəni fəaliyyəti toydur, ölçü meyarı da toydur, yəni toyda yaxşı səslənən mahnı, meyxana, toyda gördüyü müğənni, toyda tamadadan eşitdiyi şeir, toyda geyilən paltar və s. və i.a. Hər yeni kütləvi mədəni məhsulu şüuraltı olaraq toyda gördükləri ilə müqayisə edirlər. Sən True Detective serialındakı operator işini Alatavadakı operator işi ilə tutuşdurub pisdir deyə bilmirsən, çünki hörmətli publika axırıncı baxdığı toy kasetindəki operator işi ilə tutuşdurub yaxşıdır deyir.

Əlqərəz, bu cür münasibətlə mübarizə aparmaq istəyirsizsə, həmin kinoların, serialların, mahnıların niyə pis olduğunu izah etmək bir metod kimi işləmir. Çıxış yolu orta statistik Azərbaycan insanının mədəni fəaliyyət dairəsini genişləndirməkdir. Məsələn, küçədə təsadüfi bir adamı saxlayıb soruşun ki, son bir ayda neçə dəfə kinoya, konsertə, teatra, operaya, muzeyə gedib və yenə də son bir ayda neçə dəfə toya gedib. Ehtimal edirəm ki, 0:10 nisbət filan çıxacaq əksəriyyətdə. Yəni əsasən Bakıda qeyri-toy mədəni tədbirlərdə iştirak edən 3-5 min adamı çıxsaq, bizim ortalama insan başqa mədəni fəaliyyətdə iştirak etmir axı ki, müqayisə aparıb yaxşını pisdən ayıra bilsin. Elə bil yadınızdan çıxıb ki, bizim televiziyalarda ən reytinqli proqramlar hansılardır. Bütün problem də bax budur.
Əli Novruzovun kanalı
Bizdə bir yaxşı söz var, görməmişin oğlu oldu, vurub gözünü çıxartdı. Bütün bu Əqrəb mövsümü, Alatava, Yüzbəyovun təzə kinosu, nə bilim o Niyaməddinin mahnısını oxuyan oğlan—bunlar hamısı standart şeylərdir də, çox uzağa getməyək, elə o İstanbulda, Moskvada…
Şərhlərdə yaxşı bir sual qalxdı ki, bəs həmin qeyri-toy mədəni fəaliyyətlərdə iştirak edən 3-5 min adam özü nə dərəcədə qavrayır iştirak etdiyi bu fəaliyyətlərin mahiyyətini?

Cavab mənə görə aydındır. Əksəriyyəti heç başa düşmür nə işlə məşğul olduğunu. Ən sadə sübut—məsələn, klassik musiqi konsertində HİSSƏLƏRİN ARASINDA ƏL ÇALIRLAR, özü də necə şövqlə, ürəkdən bravo qışqırırlar, yəni görün bizim necə də təkrarsız zövqümüz var. Amma başa düşmürlər ki, axı əsəri bölüblər, əsər axı hələ bitməyib, axı əsərin ortasında texniki pauza verilib, axı əsər yarımçıq səslənib, axı əsər hələ öz məntiqi yekununa varmayıb...

Bir bədii mətnin 1/4 hissəsini oxuyub onu tam qavramaq mümkündürmü? Bəs onda simfoniyanın ancaq birinci hissəsi bitən kimi publikadan qopan bu alqışlar, bravolar nə deməkdir?
42-ci ilin apreli. Faşistlər ilk dəfə məğlub olub, keçən qış Moskva uğrunda döyüşlərdə. Hitlerin qanı dəhşət qaradır. Baş komandan Brauxiçi qovub, orduya şəxsən özü rəhbərlik edir. Göbbels onun ovqatını bir balaca düzəltmək üçün ad gününə Bethovenin doqquzunun ifasını təşkil edir. Dirijor pultunda nasistlərdən zəndeyi-zəhləsi gedən əfsanəvi Furtwängler. Orkestr və xorda bir nəfər də olsun yəhudi qalmayıb. Qaçanlar qaçıb, qaça bilməyənlər də konslagerlərdə can verir. Hitler konsertə gəlməyib, radiodan canlı dinləyir. Publika hissələrin arasında əl çalmır. Konsertdən sonra Göbbels səhnəyə yaxınlaşıb Furtvenqlerin əlini nümayişkəranə sıxır. Sənətşünaslar deyir ki, tarix boyunca Bethovenin doqquzunun hələ bu cür möhtəşəm, nəfis, dəhşətli və qorxunc ifası olmayıb. Yəqin ki, olmayacaq da.
Vyana universitetinin əsas korpusunun daxili pilləkənləri. 1936-cı ilin iyununda tələbə İohann Nelbök öz keçmiş müəllimi, filosof Moris Şliki güllələyib öldürür. Məhkəmədə də deyir ki, Şlikin metafizika əleyhinə yeni fəlsəfəsi onun mənəvi dünyasını sarsıtmış imiş. Nelbökə iş kəsirlər, amma anşlyuzdan sonra yeni rejim onu həbsdən buraxır.

Bu gün Qərb fəlsəfəsinin iki (az qala düşmən) cəbhəyə bölünməsi (analitik və kontinental) bir mənada Moris Şlikin rəhbərlik etdiyi Vyana dərnəyinin işinin nəticəsidir. Ən qəribəsi, Vyana özü kontinentin göbəyində olsa da, kontinental fəlsəfəyə qarşı analitik fəlsəfənin mərkəzlərindən biri sayılırdı.

Şlikin başqa bir tələbəsi Karnapın hələ 32-ci ildə yazdığı Dilin məntiqi təhlili vasitəsilə metafizikanın ləğv edilməsi adlı məqalə analitik-kontinental bölgüdə adətən formal bölünmə nöqtəsi hesab olunur. Oxumaq istəyənlər üçün məqalə şərh bölməsində.
Əli Novruzovun kanalı
Vyana universitetinin əsas korpusunun daxili pilləkənləri. 1936-cı ilin iyununda tələbə İohann Nelbök öz keçmiş müəllimi, filosof Moris Şliki güllələyib öldürür. Məhkəmədə də deyir ki, Şlikin metafizika əleyhinə yeni fəlsəfəsi onun mənəvi dünyasını sarsıtmış…
Maraqlıdır ki, bizdə fəlsəfə deyəndə ağlımıza dərhal Sokrat, Platon, Aristotel, Kant, Hegel, Nitsşe, Konfutsi, Budda filan gəlir. Fəlsəfənin akademik fənn kimi mövcud olduğu Qərbdə isə—bizdə fəlsəfə Əbu Turxan və Ötgün müəllimlərin Facebook aforizmləri səviyyəsində mövcuddur—Qərbdə isə ağla ilk olaraq Karnapın bu yuxarıda qeyd etdiyim məqaləsi kimi kiçik amma fundamental mətnlər gəlir. Məsələn, epistemologiya (bilik fəlsəfəsi) ilə məşğul olanlar üçün bu fundamental mətn Getyenin iki səhifə yarımlıq məqaləsidir. Əxlaq fəlsəfəsi ilə məşğul olanlar üçün Gertrud Enskomun Müasir əxlaq fəlsəfəsi məqaləsi must-dır. Şüur fəlsəfəsinə meylini salanlar da gərəkdir ki, Naygelin Yarasa olmaq nə deməkdir məqaləsini oxusun. Yalnız bizdə hörmətli Əbu Turxan müəllim durub deyə bilər ki, aforizm fikrin qönçəsidir, aforizm—dəliliklə dahilik arasında şimşək kimidir. Beləliklə də ortaya qoyduğu dərhal olacaq əşşədü fəlsəfə. Qeyri-əşşədü fəlsəfə istəyənlər üçün Getyenin, Enskomun və Naygelin məqalələrini şərh bölməsində paylaşacam.
Bu gün kanalda elə bil ki, kultural peredoz nəsə çox oldu, gərək bir az yavaşlayaq. Antrakt! Hamı bufetə.
Forwarded from goyushow
"Ove adlı adam".

İsveç kinematoqrafiyasından çox duyğusal, real bir hekayə.

Mən ümumən skandinav ədəbiyyatını çox sevirəm, yazıçıların təhkiyə bacarıqları yüksək səviyyədə olur. Bu filmə baxanda da sanki əsər oxuyursan hissi verir.

Həyat yoldaşını yenicə itirmiş, 43 ildir eyni zavodda işləyən Ove işdən çıxarılır, intihar etmək qərarına gəlir. Amma bu məqamda yaşadığı kompleksə yeni qonşular köçür və Ove heç cür intihar edə bilmir.

Balım 8/10.
Əli Novruzovun kanalı
"Ove adlı adam". İsveç kinematoqrafiyasından çox duyğusal, real bir hekayə. Mən ümumən skandinav ədəbiyyatını çox sevirəm, yazıçıların təhkiyə bacarıqları yüksək səviyyədə olur. Bu filmə baxanda da sanki əsər oxuyursan hissi verir. Həyat yoldaşını yenicə…
Ona görə «sanki əsər oxuyursan hissi verir» ki, roman əsasında çəkilib də. Bakmanın eyniadlı romanı əsasında. Mən o romanı oxumuşam (ruscası Вторая жизнь Уве), çox usi-pusi romandır, əslində bir az da skandinav ədəbiyyatının qaramat xəttindən kənara çıxır. Düzdür, oxudum, bəyəndim, amma Bakmanın eyni seriyadan başqa romanlarını oxumaq istəyi yaranmadı. Bir kitablıq usi-pusi dozası bəsdir.
Vay, vay, vay, vay. Avroparlamentə seçkilərdə Almaniyada hökumət koalisiyasını təşkil edən hər üç partiya ayrı-ayrılıqda post-faşist Alternativadan az səs yığıb. Alternativa özü də xristian-demokratlardan sonra ikinci yerdədir. Böyük ehtimalla Almaniyanın özündə qarşıdan gələn seçkidə post-Merkel xristian-demokratlar geri dönüş edəcəklər. Bu yaxınlarda xristian-demokratların yeni lideri haqqında yaxşı bir məqalə çıxmışdı, oxumaq məsləhətdir.
Tural hələ bizim ən ağıllımızdır, amma o da İranı düz oxuya bilmir. Bu dəqiqə o aşağıdakı Azərbaycan İranın Vandeyasıdır. İranda nə qədər konservativ, ifrat radikal, davakar, xatakar, mürtəce qüvvələr varsa, əksəriyyətinin siyasi və sosial bazası İran Azərbaycanındadır. Bütün İran bizim həmşərilərin əlində əsir-yesir qalıb. Məhsa Əmini etirazlarında da İranın digər bölgələri ilə müqayisədə İran Azərbaycanı çox nümayişkəranə şəkildə səssiz qaldı. Nə qədər paradoksal görünsə də, Qafqaz Azərbaycanı ilə münasibətləri korlamaq istəyən qüvvələr də əsasən İran Azərbaycanında siyasi və sosial dayaqları olan qüvvələrdir. Neynək, bu acı həqiqəti etiraf etmək lazımdır. Düzdür, Pezeşkiyanı Tehrana məclisə vəkil göndərmək üçün Təbrizdə ağlı başında olan kifayət qədər seçici var, amma ümumilikdə İran Azərbaycanından bir reformist namizədə səs verməyi gözləmək sadəlövhlük olardı.
2024/06/10 15:32:40
Back to Top
HTML Embed Code: